Rusiyada texnologiya sahəsində ilk yaşanıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyada ilk dəfə olaraq yerli peykdən istifadə etməklə özəl 5G şəbəkəsinə qoşulma həyata keçirilib. OpenRAN açıq standartlarını dəstəkləyən özəl 5G şəbəkələri üçün həll Skoltech tərəfindən hazırlanıb. Təcrübə çərçivəsində videokliplər 4K HDR, HLG, Dolby Vision formatlarında ötürülüb və uğurlu alınıb. Yeni texnologiyalar ölkənin magistral rabitə şəbəkələrinə qoşulmayan ən ucqar rayonlarını 5G şəbəkələri ilə təmin edəcək. "Təcrübədə istifadə olunan bütün avadanlıqların yerli olduğunu nəzərə alsaq, Skoltech ilə əməkdaşlıq həm də Rusiyanın telekommunikasiya sahəsində texnoloji suverenliyini gücləndirməyə kömək edəcək",- deyə RSCC-nin baş direktoru Aleksey Volin bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31