İmran Xana qarşı sui-qəsd cəhdi: Ayağından yaralandı

Pakistanın sabiq baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Lahor şəhərində etiraz aksiyası zamanı odlu silahdan açılan atəş nəticəsində o, ayağından yaralanıb.

Qeyd edilir ki, hadisə zamanı daha 4 nəfər xəsarətlər alıb.

Sabiq baş nazir, eləcə də digər xəsarət alanların həyati təhlükəsi olmadığı bildirilir.

Xatırladaq ki, İmran xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31