James Webb teleskopu "Yaradılış Sütunları" adı verilən vahiməli nebulanın təsvirini əldə etdi FOTO/ÖZƏL
3 Noyabr 2022 16:06 DünyaÖtən həftə rəsədxananın "Yaxın İnfraqırmızı Kamerası" Yerdən təxminən 6500 işıq ili uzaqlıqdakı bu əlamətdar nebulanın təsvirini bizə çatdırdı.
Olaylar.az xəbər verir ki, bu sütunlar astronomların "Messier 16" və ya Qartal Dumanlığı adlandırdıqları kosmik ərazinin mərkəzində yerləşir.
6,5 metr genişliyə sahib, güzgü və yüksək dəqiqlikli sensorları ilə Webb teleskopu kosmik təsvirləri çəkmək üçün ən yeni, ən böyük və ən yaxşı rəsədxanadır.
Qeyd edək ki, "James Webb" bu günə qədər bir çox planet, nebula və galaktika rəsmləri əldə etmişdir. İnsanlığın bu günə kimi çəkə bildiyi ən uzaq kosmik foto da bu teleskop sayəsində ərsəyə gəlmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31