Uelsdə uçuş zamanı təyyarəni ildırım vurdu - FOTO/ÖZƏL
3 Noyabr 2022 15:41 DünyaUelsdə dünyanın ən böyük təyyarələrindən biri hava limanından qalxdıqdan qısa müddət sonra ildırım düşməsi kameraya yansıyıb.
Olaylar.az xəbər verir ki, hadisə "Airbus Beluga" təyyarəsi çərşənbə axşamı Uels saatı ilə 13:00 radələrində Flintşir vilayətinin "Hawarden" hava limanından ayrıldıqdan qısa zaman sonra baş verib.
"Airbus" şirkəti rəsmiləri ildırım vurmasının adi bir təbiət hadisəsi olduğunu və təyyarənin planlaşdırıldığı kimi Hamburqa getdiyini söylədi.
Sosial şəbəkələrdə "Beluga"-nın vurulduğu anda göyüzündə işıq yanıb-sönməsi və yüksək səsin eşidilməsi barədə xəbərlər yayılıb.
Hadisə sonrası yaxınlıqdakı bir sıra mülklər də qısa müddət sonra elektrik enerjisindən məhrum qalmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31