BMT xəbərdarlıq edir: Ümumdünya İrs siyahısındakı buzlaqlar 2050-ci ilə qədər yox olacaq- ÖZƏL
3 Noyabr 2022 11:07 DünyaÜmumdünya İrs obyektlərinin üçdə bir hissəsini təşkil edən buzlaq ərazilər, ətraf-mühit tullantıları məhdudlaşdırılsa belə, əsrin ortalarına qədər yox olacaq.
Olaylar.az xəbər verir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı cümə axşamı yeni hesabatında iqlimlə bağlı xəbərdarlıq etdi.
Global istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq mümkün olsa belə, istisnasız olaraq, Yosemitdəki bütün buzlaqlar və "Yellowstone" Milli Parkındakı buz yamaqları, eləcə də Afrikada qalan bir neçə buzlaqlar yox olacaq.
Parisdə yerləşən YUNESKO öz hesabatında xəbərdarlıq edib ki, dünyanın digər buzlaqlarını isə yalnız istixana qazları emissiyalarının "kəskin şəkildə azaldılması" və qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması şərtilə xilas etmək olar.
Təşkilatın 1150-dən çox Ümumdünya İrs obyektinin təxminən 50-də buzlaqlar var ki, onlar birlikdə dünyanın buzlaq ərazisinin demək olar ki, onda birini təşkil edir.
Tarix boyu buzlaqlar çox soyuq dövrlərdə geniş ərazilərə yayılmış və şiddətli soyuq iqlim bitdikdə buzlaq ərazilər də kiçilmişdir. Dünyanın son şiddətli soyuq dövrü 10.000 il bundan əvvəl başa çatdı və 19-cu əsrdə də son "Kiçik Buz Dövrü" başa çatdıqdan sonra Avropada bəzi təbii ərimələr baş verdi.
Lakin karbon dioksid emissiyaları ötən əsrdə artdıqca, "insan" faktorunun yayılması ilə birlikdə tədricən ərimə prosesini sürətləndirməyə başladı. İsveçrədə buzlaqlar təkcə bu il öz həcminin 6 faizini itirib.
Ərimə prosesləri iqlim dəyişikliyinin digər təsirlərini müəyyən dərəcədə balanslaşdırsa da, YUNESKO-ya görə ərimə tezliyi və sürəti yavaş-yavaş kritik həddə çatır.