Yens Stoltenberq Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 3-5-də Türkiyəyə səfər edəcək.

O, bir sıra rəsmilərlə yanaşı, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparacaq.

Olaylar.az bildirir ki, bu barədə çərşənbə günü alyansın mətbuat xidməti məlumat yayıb.

"3-5 noyabr 2022-ci il tarixlərində NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək", - məlumatda bildirilib.

Qeyd olunub ki, Stoltenberq Türkiyə Prezidenti ilə yanaşı, Xarici İşlər Nazirliyinin rəhbəri və ölkənin Müdafiə naziri ilə danışıqlar aparacaq.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31