“Bu il dünyada 70-dən çox jurnalist öldürülüb” - BMT-nin Baş katibi
2 Noyabr 2022 12:17 Dünya"Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb".
Olaylar.az report-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.
O bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır.
"Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik", - Baş katib vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31