Rusiya və İran arasında SAZİŞ İMZALANDI

Rusiya və İran çərşənbə axşamı iki ölkə arasında strateji əməkdaşlıq sazişi imzalayıb.

Məlumata görə, sənədə iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oudci qol çəkiblər. Müqavilələrin təfərrüatları açıqlanmayıb.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, bundan əlavə, tərəflər İranda dəmir yolu xətlərindən birinin elektrikləşdirilməsi üçün kredit sazişi və səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Qeyd edək ki, noyabrın 1-də Qroznıda Rusiya-İran iqtisadi-ticari əməkdaşlıq komissiyasının 16-cı iclası keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31