Rəcəb Tayyib Ərdoğan və Olaf Şolts arasında telefon danışığı olub
1 Noyabr 2022 19:32 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, telefon söhbəti zamanı ikili əlaqələr və regional məsələlər müzakirə edilib.
Ərdoğan Almaniyanın türk-yunan əlaqələri mövzusunda bitərəf mövqeyinə geri dönməsini arzu etdiyini bildirib, həmçinin Gömrük Birliyi ilə bağlı müzakirələrin aktivləşdirilməsinin gərəkdiyini söyləyib.
Tərəflər həmçinin Ukrayna ilə bağlı son vəziyyəti də müzakirə ediblər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31