MMA döyüşçüsü 33 yaşında vəfat etdi
1 Noyabr 2022 12:45 DünyaRusiyalı MMA döyüşçüsü Aleksandr Pisarev 33 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə "VKontakte" sosial şəbəkəsində məlumat verilib.
İdmançının ölüm səbəbi açıqlanmır. İlkin məlumata görə, onun xroniki xəstəliyi olmayıb.
Federal İnformasiya Agentliyinin məlumatına görə, onun ölümünə səbəb qida zəhərlənməsi ola bilər.
Qeyd edək ki, Pisarev MMA karyerası ərzində beş döyüş keçirib, iki məğlubiyyət və üç qələbə qazanıb. O, Rusiyanın AMC Fight Nights Global və RCC promosyonlarının turnirlərində iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31