Sərxoş sürücü azyaşlı uşağı vuraraq öldürdü
1 Noyabr 2022 12:46 DünyaKirov vilayətinin Pijanski rayonunda sərxoş vəziyyətdə olan sürücü iki uşağı yolda vurub. Qız yerindəcə ölüb, oğlan isə ağır xəsarət alıb.
Olaylar.az xəbər verir ki, bu barədə yol polisi məlumat verib.
"Pijanski rayonunda Kirov-Sovetsk-Yaransk yolunun 172-ci km-də "Yeddilik"in 28 yaşlı sürücüsü yolun sağ tərəfində "Volvo" markalı yük avtomobilini ötməyə çalışarkən. iki piyadanı vurub. Daha sonra eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan qız hadisə yerində ölüb, oğlan isə yaralanıb. Sürücü sərxoş vəziyyətdə olub" - deyə, dövlət yol müfəttişliyinin Telegram kanalında yer alan məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31