Çerniqov vilayətinin rayonlarından biri kütləvi atəşə tutulub

Rus ordusu Ukraynanın Çerniqov vilayətinin rayonlarından birini kütləvi atəşə tutub.

Olaylar.az xəbər verir ki, bu barədə Çerniqov vilayəti hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.

"Bu gün, sentyabrın 3-də ruslar Novqorod-Seversk icmasının Mixalçina Sloboda kəndi artilleriya atəşinə tutulub. 50-dən çox partlayış qeydə alınıb", - məlumatda bildirilib.

Çausun sözlərinə görə, dinc əhali arasında itki yoxdur, yaşayış binaları və yardımçı tikililərə ziyan dəyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31