Zəlzələ müzakirə edilən anda bina silkələndi - VİDEO

Lixtenşteyn Assambleyasının sessiyasında zəlzələdən sığorta mövzusu müzakirə olunub. Zəlzələdən sığortanın icbari hala salınmasının zəruri olub-olmaması müzakirə olunduğu əsnada həqiqətən də zəlzələ baş verib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, zəlzələnin gücü 4,1 bal olub.

Qorxu dolu anlar kameraya əks olunub.

Deputat Bettina Petzold-Mahr şiddətli zəlzələ olacağı halda binalara ziyan dəyə biləcəyini söyləyib. Elə bu əsnada da bina silkələnib. Bettina özü və bəzi deputatlar vəziyyəti təbəssümlə qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31