Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlanıb
3 Sentyabr 2022 10:55 DünyaRusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 380 uşaq həlak olub. Eyni zamanda 737 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu teleqramda paylaşım edib.
Müharibə zamanı ən çox Donetsk vilayəti (388 uşaq), Xarkov (204 uşaq), Kiyev (116 uşaq), Çerniqov (68 uşaq), Nikolayev (67 uşaq), Luqansk (61 azyaşlı), Xerson (55 uşaq) və Zaporojyedə (45 uşaq) zərər çəkib.
Beləliklə, Rusiyanın hərbi təcavüzü nəticəsində zərər çəkən uşaqların sayı 1 117-yə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31