Ukraynada daha bir azərbaycanlı həlak olub
2 Sentyabr 2022 22:51 DünyaOlaylar.az bildirir ki, Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub.
Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayevin Report.az-ın Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur.
O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub.
R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub.
Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.
gundem.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31