Fransada lisey qarşısında ATIŞMA

Fransanın Nitsa şəhərində liseyin qarşısında atışma baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Atışma nəticəsində azı 4 nəfər yaralanıb.

Xəsarət alanlar arasında liseyin 17 yaşlı şagirdi də var.

İlkin məlumatlara görə, atəş pnevmatik silahdan və yaxınlıqdakı evlərdən birinin pəncərəsindən açılıb.

Ərazidə ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti olaraq dəyişdirilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31