BMT-nin helikopteri qəzaya uğrayıb- YARALILAR VAR

Sentyabrın 2-i səhər saatlarında BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülən helikopter qəzaya uğrayıb. Qəza Konqo Demokratik Respublikasının şərqindəki Virunqa qoruğunda baş verib. Olaylar.az TASS-a istinadən xəbər verir ki,  Təyyarənin göyərtəsində üç nəfər olub. Onlar, qəzadan sağ çıxıblar və xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərin milliyəti haqqında məlumat yoxdur. Hadisə ilə bağlı araşdırma başladılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31