Rusiyada ticarət mərkəzində yanğın olub

Rusiyanın Kursk şəhərində "Bumeranq" adlı ticarət mərkəzində yanğın olub.Olaylar.az xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.Bildirilib ki, hadisə sentyabrın 2-də səhər saatlarında baş verib. Yanğının söndürülməsinə 11 texnika və 36 nəfər cəlb olunub. Hadisə yerinə polis və təcili tibbi yardım xidməti də yollanıb. Yanğının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31