Mənbəyi məlum olmayan xəstəlik yayılıb- Dünya Səhiyyə Təşkilatı narahatdır
2 Sentyabr 2022 14:05 DünyaOlaylar.az xəbər verir ki, Argentinanın qərbində yerləşən Tukuman əyalətində qaynağı məlum olmayan xəstəlik yayılıb. Sətəlcəməbənzər xəstəliyə yoluxan 9 nəfərdən üçü artıq həyatını itirib. Vəfat edənlərdən ikisi tibb işçisidir Xəstəlik qısa müddətdə ciyərlərə yayılır. Aparılan bütün analizlər xəstəliyin mənşəyini öyrənmək üçün yetərsiz qalıb..Argentina Səhiyyə Naziri Luis Medina Ruisin bəyanatına görə, bu istiqamətdə tədqiqatlar davam edir. Dünya Səhiyyə Təşkilatı və müvafiq qurumlar xəstəliyə görə narahatlığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31