Ukrayna hərbiçilərinin DXR-i atəşə tutması nəticəsində 4 nəfər həlak olub
2 Sentyabr 2022 13:41 DünyaDonetsk Xalq Respublikasında (DXR) ötən sutka ərzində Ukrayna silahlı birləşmələrinin atəşə tutması nəticəsində 4 mülki şəxs həlak olub, 8 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə DXR-in ərazi müdafiə qərargahı Telegram-da məlumat yayıb.
"Sentyabrın 1-i saat 8:00-dan sentyabrın 2-si səhər saat 8:00-a qədər DXR ərazisinin atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, daha səkkiz mülki şəxs, o cümlədən iki uşaq yaralanıb"- mesajda deyilir.
Qərargah vətəndaşları partlayıcı əşyalar aşkar etdikdə Fövqəladə Hallar Nazirliyinə müraciət etməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31