Rusiyanın 11 hava limanında uçuş məhdudiyyətləri uzadılıb
2 Sentyabr 2022 11:25 DünyaRusiyanın 11 hava limanında uçuş məhdudiyyətləri sentyabrın 10-dək uzadılıb.
Olaylar.az xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyinin verdiyi məlumata görə, Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimi sentyabrın 10-dək uzadılıb.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
Aviaşirkətlərə alternativ marşrutlar üzrə sərnişinlərin daşınmasını təşkil etmək tövsiyə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31