Türkiyədə yol qəzası nəticəsində xarici turistlər xəsarət alıb
2 Sentyabr 2022 10:55 DünyaTürkiyədə ağır yol qəzası olub.
Olaylar.az xəbər verir ki, hadisə Kocaeli əyalətində qeydə alınıb. İzmit rayonunda xarici turistləri daşıyan iki mikroavtobus köprünün üzərində toqquşub. Qəza zamanı 8-i Küveyt, 3-ü Türkiyə vətəndaşı olmaqla 11 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub, yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31