Argentinanın vitse-prezidentinə silah tuşladılar – ANBAAN VİDEO
2 Sentyabr 2022 10:51 DünyaOlaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "RBK"-nın məlumatına görə, Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşner tapança ilə hədələnib.Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən düşərkən baş verib.Kütlənin içində dayanan şəxs tapançanı vitse-prezidentə tuşlayıb. Lakin o, silahdan atəş açmayıb. Polis həmin şəxsi həbs edib.Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.İnsidentlə əlaqədar Argentina Prezidenti Alberto Fernandes açıqlama ilə çıxış edib. Siyasətçi vurğulayıb ki, bu, Argentinada 1983-cü ildə demokratiyanın bərpasından bəri ən pis hadisədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31