Zorro haqqında yeni serial çəkilir
1 Sentyabr 2022 20:16 Dünyaİspaniyada Zorro haqqında yeni serial çəkilir.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, çəkilişlərə məşhur "La casa de papel" ("Kağız ev") serialının rejissoru Xavyer Kintas rəhbərlik edir.
Serialda hadisələr 1830-cu illərdə Los-Ancelesdə cərəyan edəcək.
"İspan Robin Qud"un obrazını Migel Bernardo canlandıracaq.
Serialın çəkilişləri iyulun sonunda başlayıb. Onun premyerası "Amazon Prime Video"da baş tutacaq. İlk nümayişin tarixi hələ məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31