Ən yaxşısı onları bağışlamaqdır - Tokayev
1 Sentyabr 2022 17:18 DünyaQazaxıstan prezidenti Qasım-Comart Tokayev yanvar hadisələrinin iştirakçıları üçün amnistiya elan edib.
Olaylar.az xəbər verir ki, Qazaxıstanın milli birliyə hava kimi ehtiyacı olduğunu vurğulayan Tokayev deyib:
"Aksiyalarda iştirak edənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları bizim vətəndaşlarımızdır. Yanvar hadisəsində iştirak edən, lakin ağır cinayət törətməyən vətəndaşların cəzasını dövlət yüngülləşdirib. Qanunu pozanların bəziləri öz günahlarını başa düşərək keçmiş əməllərindən peşman olublar. Düşünürəm ki, ən yaxşısı onları bağışlamaqdır. Ona görə də yanvar hadisələrinin iştirakçıları üçün birdəfəlik amnistiya elan etmək qərarına gəldim".
Qeyd edək ki, Qasım-Comart Tokayevun sözügedən qərarı iğtişaşların təşkilində iştirak edən əsas fiqurlara, habelə dövlətə xəyanətdə və hakimiyyəti zorakılıqla dəyişməyə cəhddə ittiham olunan şəxslərə şamil edilməyəcək.
BakuPost