“Lukoil”in vitse-prezidenti İNTİHAR ETDİ - FOTO
1 Sentyabr 2022 10:50 Dünya"Lukoil" şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, "Mash"-ın məlumatına görə, o, özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.
Onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib. Ravil Maqanov aldığı xəsarətlərdən yerindəcə ölüb.
Hələlik intiharın səbəbləri müəyyən edilməyib, hadisə yerində polis işləyir.
Məlumat üçün əlavə edək ki, Ravil Maqanov 2020-ci ildən etibarən "Lukoil"in Direktorlar Şurasının sədri təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
