Leysan yağışları 60-dan çox insanın ölümünə səbəb olub
31 Avqust 2022 23:58 DünyaNigeriyanın şimal-şərqində daşan Nqadabul çayından ən azı 15 cəsəd çıxarılıb.
Olaylar.az bildirir ki, bu barədə Nigeriyanın milli fövqəladə hallar agentliyinin nümayəndəsi Məhəmməd Usman deyib.
"Leysan yağışları Nqadabul çayında suyun artmasına səbəb olub. Borno ştatının paytaxtı Mayduquri şəhərinin inzibati sərhədlərində 15 nəfərin cəsədi sudan çıxarılıb", - deyə o bildirib.
Nigeriyanın şimal-şərqində bir neçə gündür leysan yağışları yağır. Leysan yağışları ölkənin bu bölgəsində sel və çoxsaylı sürüşmələrə səbəb olublar. Belə ki, Borno ilə qonşu olan Ciqava ştatının hakimiyyət orqanları avqustun 30-da daşqın nəticəsində 51 nəfərin öldüyünü bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31