Rusiya 55 vətəndaşı qara siyahıya SALDI

Rusiya sanksiyalara cavab olaraq Kanadanın daha 55 vətəndaşının ölkəyə girişini qadağan edib.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilir ki, Kanadanın Rusiya vətəndaşlarına qarşı tətbiq etdiyi yeni sanksiyalarla əlaqədar 55 yüksək rütbəli hərbçinin Rusiya Federasiyasına girişi qarşılıq prinsipi əsasında qadağan edilib.

Qeyd edək ki, sanksiya tətbiq edilən şəxslər arasında Kanadanın siyasətçiləri və ictimai xadimləri də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31