Qadına balkonda mahnı oxuduğuna görə atəş açıldı

Moskvada naməlum kişi gecə saatlarında karaoke oxuyan qadının gözünə atəş açıb.

Olaylar.az bildirir ki, avqustun 28-də axşam iki moskvalı Moldavskaya küçəsindəki yaşayış binasının eyvanında olarkən mahnı oxumağa qərar verib. Təxminən saat 22:00 radələrində onların istiqamətinə atəş səsi eşidildi və qadınlardan biri gözündən yaralandı. 31 yaşlı zərərçəkmiş gözün zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı ilə bağlı cinayət işi başlanıb.

Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31