Yunanıstanda yayılan virus qorxu saçır
31 Avqust 2022 15:02 DünyaYunanıstanda adətən ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu səbəbi ilə 11 nəfər ölüb.
Bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı açıqlama yayıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, ölkə üzrə 123 nəfərdə xəstəlik aşkarlanıb.
Xəstələrin 74-ündə mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-unda isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib.
Yunanıstanda ötən həftə sözügedən virusa 36 yeni yoluxma hadisəsi qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31