Qorbaçovun necə basdırılacağı haqqında məlumat yoxdur

Mixail Qorbaçovun dəfni ilə bağlı təşkilati işlər bu gün həll ediləcək.Olaylar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Vladimir Putinin dəfndə iştirak edib-etməyəcəyi hələ bəlli deyil. Hələlik prosedurun necə olacağını bilmirik. Hər şey doğmalarının və yaxınlarının istəyindən asılıdır. Bu barədə hələlik heç bir informasiya yoxdur" - deyə, o, qeyd edib.
Qeyd edək ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ötən gün 92 yaşında uzun sürən xəstəlikdən sonra ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31