Hollandiya viza qadağasına qarşı çıxdı

Hollandiya hökuməti Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinə tamamilə qadağa qoyulmasına qarşı çıxıb. Olaylar.az vesti.ru-a istinadən xəbər verir ki,  Hollandiyanın xarici işlər naziri Vopke Hoekstranın sözlərinə görə, məhdudiyyətlər "Avropaya alış-veriş üçün gedən" ruslara şamil edilməlidir. Nazir bu sözləri çərşənbə günü Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl deyib. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Sputnik radiosuna müsahibəsində bildirib ki, "Hazırda təhlükədə olan vətəndaşların səyahəti deyil, nüvə təhlükəsizliyi məsələsidir".Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31