Çayın daşması nəticəsində yaşayış binalarını su basıb
31 Avqust 2022 10:55 DünyaKamçatkanın Sobolevo kəndindəki yaşayış binalarını Bolşaya Vorovskaya çayının suları basıb.
Olaylar.az xəbər verir ki, bu barədə Kamçatka ərazisi hökumətinin saytında məlumat verilib.
Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedev bildirib ki, içərisində hökumət komissiyası, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası olan helikopter Sobolevski rayonuna yola düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31