İraq baş naziri istefaya gedəcək

İraqın baş naziri Mustafa Əl-Kazımi ölkədə vəziyyətin pisləşəcəyi təqdirdə istefa verəcəyini bildirib.

Olaylar.az Vesti.ru-a istinadən xəbər verir ki, o,bu barədə kütləvi etirazların dayandırılmasından sonra xalqa televiziya ilə müraciət etdiyi zaman bildirib. Əl-Kazimi vurğulayıb ki, "İraq vətəndaşları tarix qarşısında məsuliyyət daşımalı olan sadist üsyançılardır".

Bundan öncə şiələrin məşhur lideri əs-Sədrin tərəfdarları arasında qarşıdurmalar başlayıb. O, parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini müdafiə edib. Lakin digər siyasətçilərdən dəstək görməyib və siyasi həyatı tərk etdiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31