"Ukrayna ordusunun hücumu məğlubiyyətlə bitib" - Rusiya Müdafiə Nazirliyi

"Ukrayna ordusunun Nikolayev-Krivoy Roq və digər istiqamətlərdə həyata keçirdiyi hücumu məğlubiyyətlə bitib".

Olaylar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, son sutka ərzində Ukraynanın 48 tankı, 46 piyada döyüş maşını, 37 digər zirehli döyüş maşını, 8 ağır pulemyotlu və 1200-dən çox hərbçisi məhv edilib.

Həmçinin, Dnepropetrovsk vilayətinin Aleksandrovka kəndi yaxınlığında yerləşən Ukrayna Silahlı Qüvvələrinin 1-ci tank briqadasının müvəqqəti yerləşdirmə məntəqəsinə və sursat anbarına yüksək dəqiqlikli silahlarla zərbələri endirilib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31