Azyaşlı qıza təcavüz etməkdə şübhəli bilinən şəxs tutulub
30 Avqust 2022 12:28 DünyaOmskda polis doqquz yaşlı qızı döyüb zorlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsi öz saytında məlumat yayıb.
İstintaqın məlumatına görə, Omsk vilayətinin kəndlərinin birində 46 yaşlı kişi qızla tanış olub. O, hiylə ilə uşağı çölə aparıb və orada zorlayıb.
Müstəntiqlərin dediklərinə görə, zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib, ona ixtisaslı yardım göstərilir.
Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31