Türkiyə vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
30 Avqust 2022 12:13 DünyaTürkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İraqın paytaxtında qeyri-sabit vəziyyətlə əlaqədar Bağdada səfərdən çəkinməyi tövsiyə edib.
Olaylar.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.
"Bağdadda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, vətəndaşlarımıza zərurət olmadıqca sözügedən şəhərə səyahət etməkdən çəkinmələri tövsiyə olunur", - deyə, məlumatda bildirilir.
Nazirlik həmçinin ölkənin İraqdakı vətəndaşlarını kütləvi etirazların keçirildiyi yerlərə getməməyə çağırıb.
Xarici İşlər Nazirliyi vətəndaşlara ayıq-sayıq olmağı və xəbərləri yaxından izləməyi tövsiyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31