Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1,1 min nəfəri ötüb

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1136 nəfərə çatıb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, daşqınlar təhlükəsi Hayber-Pahtunhva əyalətində hələ də davam edir.

Fövqəladə Hallar üzrə Milli İdarənin məlumatına əsasən, təxminən 1 634 nəfər yaralanıb və 735 mindən çox ev heyvanı tələf olub.

Bazar ertəsi səhər saatlarında daşqınların ölkədə 33 milyon insana, bir milyona yaxın evə ziyan vurduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31