"Ukrayna qoşunlarının hücumu dəf edilib" - Rusiya Müdafiə Nazirliyi

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Xerson və Nikolayev vilayətlərinə hücum cəhdini təsdiqləyib.

Olaylar.az APA-ya istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının üç istiqamətdə hücuma cəhd etdiyini və Rusiya qoşunlarının fəal müdafiəsi nəticəsində Ukrayna ordusunun böyük itki verdiyini açıqlayıb.

Rusiya MN-nin axşam saatlarında yadığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Xerson yaxınlığındakı hücumunun dəf edilməsi zamanı Ukraynaya məxsus 26 tank, 23 piyadaların döyüş maşını, 9 digər zirehli döyüş maşını, 2 Su-25 təyyarəsi məhv edilib. Həmşinin Ukrayna tərəfinin 560-dan çox hərbi qulluqçusunu itirdiyi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31