Müqtəda əs-Sədrin 2 tərəfdarı öldü

İraqın paytaxtı Bağdadda dini lider Müqtəda-əs-Sədr tərəfdarlarının Prezident Sarayından çıxarılması zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, həlak olanlar Müqtəda əs-Sədrin tərəfdarlarıdır. Onlar təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı həyatlarını itiriblər.

Etiraz aksiyasına görə paytaxtda komendant saatı elan edilib.

Qeyd edək ki, bu gün İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31