Türkiyədə mikroavtobus aşıb: yaralananlar var

Türkiyənin Balıkesir şəhərində mikroavtobusun aşması nəticəsində 17 nəfər xəsarət alıb. 

Olaylar.az xəbər verir ki, bu barədə "Yeni Akit" qəzeti məlumat yayıb.

Hadisə Balıkesir-Kütahya avtomobil yolunun Kepsut girişində baş verib. Sürücü idarəetməni itirib və avtomobil aşıb.
Hadisə yerinə təcili yardım, yanğınsöndürmə briqadası və polis göndərilib.
Balıkesir valisi Həsən Şıldak bildirib ki, yaralıların əksəriyyətinə ambulator tibbi yardım göstərilib. İki zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31