İran dünyanı neftlə "dolduracaq"- MƏHDUDİYYƏTLƏR QALXACAQMI?
29 Avqust 2022 15:18 Dünyaİranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) bərpa olunarsa və ABŞ-ın Tehrana qarşı sanksiyaları yumşalsa, İran neftinin böyük həcmdə dünya bazarına çıxması mümkün olacaq. Lenta.ru-nun Kpler analitik şirkətinə istinadən verdiyi məlumata görə, İranın 93 milyon barel neft və qaz kondensatı Fars körfəzində, Sinqapur sahillərində və Çin yaxınlığındakı gəmilərdə saxlanılır. Beynəlxalq Enerji Agentliyi hesab edir ki, bu ehtiyatlar orta gündəlik dünya neft tədarükü ilə müqayisə edilə bilər. JCPOA yenilənərsə, İran qısa müddət ərzində alıcılara neft göndərə bilər. Sığorta və təchizat məsələlərini həll etmək bir qədər vaxt aparacaq. Ekspertlərin fikrincə, İran Rusiyanın Avropa neft bazarından çıxmasından sonra qalan "boşluğu doldurmaq" niyyətindədir. İrana qarşı sanksiyaların tətbiqindən əvvəl Avropa gündə 600 min barel İran nefti idxal edirdi. İran neftinin Avropaya tədarükü əvvəlki səviyyəsinə qaytarılarsa belə, onlar Rusiyadan gələn tədarükləri tam əvəz edə bilməyəcəklər.
Olaylar.az