Türkiyə Boğaziçi və Dardanel boğazından keçidin qiymətini 5 dəfə artıracaq

Türkiyə İstanbul və Çanaqqala boğazlarından keçid üçün müəyyənləşdirilmiş rüsumu 5 dəfə artırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb.
Bildirilib ki, hər tonaj üçün 4 dollar rüsum təyin olunub.
Məlumata görə, bu qərar cari ilin oktyabrın 7-də qüvvəyə minəcək. Beləliklə, illik mövcud 40 milyon dollar olan gəlir 200 milyon dollara qalxacaq.
Qeyd edək ki, 1936-cı ildə imzalanan Montrö Konvensiyasına əsasən, rəsmi Ankaranın İstanbul və Çanaqqala boğazlarından keçən gəmilərdən fənər, xilasetmə və sağlamlıq rüsumu tələb etmək haqqı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31