İsveçdə İran əsilli iki qardaş “casusluq” ittihamı ilə mühakimə olunur
29 Avqust 2022 12:49 DünyaBiri İsveçin təhlükəsizlik polisi və hərbi kəşfiyyatında işləyən İran əsilli iki isveçli qardaş "casusluq" ittihamı ilə mühakimə olunacaq.
Bu barədə İsveç mətbuatı məlumat yayıb.
İsveçin "Expressen" qəzeti iki qardaşın İranda doğulduğunu, lakin uşaq yaşlarında İsveçə getdiyini və 2011-ci ilin martından keçən il həbs olunana qədər casusluq etməkdə ittiham olunduğunu yazıb.
Bununla belə, qəzet vurğulayır ki, hər iki şəxsin İranın kəşfiyyat qüvvələrinə, yoxsa başqa tərəfə məlumat verib-vermədiyi hələlik bəlli deyil.
Tutulanların kimliyi barədə dəqiq açıqlama verməyən "Ekspressen" qəzeti qardaşların ötən həftə sonu məhkəmə qarşısına çıxarıldıqlarını qeyd edib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31