Baltikyanı ölkələrdən- RUSİYAYA YENİ SANKSİYALAR
29 Avqust 2022 11:11 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Baltikyanı ölkələr Avropa Komissiyasına səkkizinci antiRusiya sanksiyalar paketi ilə bağlı konkret təkliflər verib.Təkliflər enerji, ticarət və SWIFT sisteminə aiddir. Bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu müsahibəsində bildirib. "Biz, səkkizinci sanksiya paketinin tez bir zamanda qəbul edilməsini istəyirik. SWIFT sistemi, daha çox insan və təşkilatı sanksiya siyahısına əlavə etməkdir. Əgər, biz indi bir az zərər görməyə hazır deyiliksə, o zaman gələcəkdə iqtisadiyyatlarımız daha çox zərər görəcək".
Reinsalunun sözlərinə görə, əvvəllər qəbul edilən sanksiyalar işləyir, lakin kifayət deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31