"Rus hərbçiləri 24 saat ərzində..."- Kadırov

Çeçenistan prezidenti Ramzan Kadırov rus hərbçilərini və təhlükəsizlik qüvvələrini gücləndirilən rejimə keçməyə çağırıb.
Olaylar.az lenta.ru-a istinadən xəbər verir ki, Kadırov bu fikirləri öz telegram kanalında paylaşıb.
Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi vəziyyət başa çatana qədər rus hərbçiləri üçün məzuniyyətdən söhbət gedə bilməz. Rus hərbiçiləri 24 saat ərzində, səfərbər rejimində olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31