Əfqanıstanda bir günlük təyinat: Dünən şəhər başçısı oldu, bu gün çıxarıldı
29 Avqust 2022 10:25 DünyaOlaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Aamaj News"-un məlumatına görə, Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatı dünən Herat vilayətinin Yeni-Qala şəhərinə təyin etdiyi başçını bir gün sonra vəzifəsindən azad edib.
Məlum olub ki, bir gün rəhbər vəzifədə işləmiş 75 yaşlı Faiz Məhəmməd Bədilinin orta təhsili olmayıb.
Hazırda "Taliban" rəhbərliyi Yeni-Qala şəhərinin boş qalan rəhbər postuna yeni namizədlərin axtarışını həyata keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31