Oteldə 100-ə yaxın turist zəhərləndi

Monteneqronun "turizm paytaxtı" Budva şəhərindəki oteldə kütləvi qida zəhərlənməsi qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin milli televiziyası RTCG məlumat yayıb.

Məlumata görə, 96 əcnəbi turist yaşadıqları oteldə qidadan zəhərlənib.

Bildirilir ki, Polşa, İtaliya və Xorvatiyadan olan turistlər Çetinye, Bar və Kotor şəhərlərindəki xəstəxanalarına müraciət ediblər. Xəstələrdən otuzunda kəskin ishal sindromu və qusma qeydə alınıb.

Podqoritsadakı xarici səfirliklər və müvafiq nazirlik öz həmvətənlərinə yardıma qoşulub.

Ölkə televiziyası qeyd edir ki, bundan əvvəl zəhərlənmənin baş verdiyi oteldə dəfələrlə sanitar normaların pozulması müşahidə edilib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31