"Türkiyəni ifadə azadlığına hörmət etməyə və təmin etməyə çağırırıq" - ABŞ

ABŞ Türkiyədə ifadə azadlığını məhdudlaşdırmaq üçün istifadə edilən məhkəmə təqib formalarından narahatdır.

Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti İmam Hatip liseyi şagirdləri ilə bağlı fikirlərinə görə həbs olunan türkiyəli məşhur müğənni Gülşənlə bağlı açıqlamasında bildirib.

"Türkiyəni ifadə azadlığına hörmət etməyə və təmin etməyə çağırırıq", - məlumatda bildirilir.

Qeyd edək ki, Gülşən İmam Hatip liseyi şagirdləri ilə bağlı fikirlərinə görə "xalqı kin və düşmənçiliyə sövq etmək"də ittiham olunur.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31