"Atom Elektrik Stansiyası ətrafındakı vəziyyət son dərəcə narahatedicidir" - Borel

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Zaporojye Atom Elektrik Stansiyası haqqında danışıb.

Olaylar.az xəbər verir ki, Josep Borrell Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyətin son dərəcə narahatedici olduğunu bildirib.

Avropanın ən böyüyü olan Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında Ukrayna-Rusiya qoşunları arasında toqquşmaların nüvə fəlakətinə səbəb ola biləcəyi ilə bağlı narahatlıq getdikcə artır. 

6309c0fcc8c3730c748bc6cd.jpg (111 KB)

Sosial media hesabında paylaşım edən Borel Rusiyaya müraciət edib: "Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyət son dərəcə narahatedicidir. Rusiya zədələnmiş elektrik xətlərini təmir etməli və Ukrayna elektrik şəbəkəsi ilə tam əlaqəni bərpa etməlidir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) səlahiyyətlilərinə obyektə daxil olmağa icazə verilir".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31